Kainatı anlamaq üçün..
Movqe.az xəbər verir ki, kainatın
zülmət keçmişinə işıq
tutmaq istəyən elm
adamları təxminən 2
milyard qalaktikanın
xəritəsini çıxarmaq üçün
yeni bir kosmik teleskop
inkişaf etdirir. Hər
qalaktika özündə təxminən 10
milyon və 1 trilyon
arasında ulduz ehtiva edir.
NASA və Avropa
Kosmos Agentliyinin
(ESA)
"Euclid" (Öklid) adı
verilən ortaq layihəsinə
görə, tək-tək
şəkilləri çəkilib xəritələnəcək
qalaktikaların ölçüləri və
yaşları da təyin olunacaq.
Əldə edilən yeni
məlumatlar, sirri hələ də
açılmamış qaranlıq maddənin
kainatın inkişafında necə
rol oynadığını anlamaqda
kömək olacaq. İşıqla
təmasa girməyən
maddə, bu
səbəblə astronavtlar və
teleskoplar tərəfindən görülə
bilmir. 2020-ci ildə
fəaliyyətə başlayacaq olan
Öklid kosmos teleskopu, Yer
və Günəş arasındakı
orbitində 6 il
müddətində müşahidə
olacaq. Bu
müddət ərzində, Yerdən
baxıldığında səmada uzanan
qalaktikaların 3-də biri
xəritələnmiş olacaq. Elm
insanları, mövqe və
yaşlarını öyrənəcəkləri
ulduz çoxluqları sayəsində,
zamanın başlanğıcından bu
yana kainatın nə
qədər və necə
genişləndiyini də anlamağa
çalışacaq. Öklid layihəsi
NASA-dan 40, ESA-dan
isə 1000 alimin
iştirakı ilə reallaşdırılır.