Əlaqə Arxiv
news Image
2013.01.29
15:15
| A A A
CV-sində "özünü satdı"

Movqe.Az bildirir ki,  Fransanın Paris şəhərində yaşayan Filip Dubost axtardığı kimi bir iş tapa bilməyib və yaradıcılığını işə salaraq işə götürənlərin diqqətini çəkməyə qərar verib. Alış-veriş səhifəsində bir CV hazırlayan Dubost özünü də saytda satılan bir məhsul kimi tanıdıb. Dubost CV-də "alıcılar" üçün bir də qeyd əlavə edib. Qeyddə, "artıq satılıb yalnız bir ədəd qalmışdır." sözlərini yazıb. "Independent"in xəbərinə görə, "dil variantları" hissəsinə öz bildiyi dilləri yazan Dubost dünyanın hər yerinə "göndərilə biləcəyi" qeydini da əlavə edib. CV-sini araşdırıb özüylə maraqlananlar üçün "səbətə əlavə et" düyməsini istifadə etməyi tövsiyə edən Dubost, özünü bu yolla işə götürmə potensialı olan "müştərilər"in doldurması üçün bir cədvəl də ayırıb. Qeyri-adi CV-sini iki gündə hazırladığını ifadə edən Dubost "Məhsul məlumatı" və "Məhsul detalları" qisimlərinə da öz məlumatlarını əlavə edib.

İctimai mediada da haqqında danışılan gənc təşəbbüskarın qısa bir müddətdə 100 işəgötürən tərəfindən iş təklifi aldığı bildirilib.

Sizin Reklam Yeriniz