Əlaqə Arxiv
news Image
2013.01.29
15:15
| A A A
Rusiya Olimpiadalar üçün falçı tapıb
Movqe.az xəbər verir ki, 2014-cü il Qış Olimpiadaları üçün hazırlıqlarını davam etdirən Rusiya,ötən Dünya Kubokundakı sprut Paul kimi özünə bir "falçı" heyvan tapıb. Rusiyadakı olimpiadalarda hansı idmançı və ya hansı komandanın qazanacağını "Eşli" adındakı su samuru təxmin edəcək.Samur Eşlinin bu üçün uyğun olduğunu olimpiadaların keçiriləcəyi Soçi şəhəri akvariumunda vəzifəli olan İrina Kuzmina açıqlayıb. Su samurunun onlara necə gəldiyini izah edən Kuzmina söyləyib: "Bir neçə ay əvvəl bir qrup turist, qaçaq ovçuların tələlər quraraq Soçi ətrafında su samuru ovladığını görüb. Tələlərin birinə bizim Eşli adını verdiyimiz bala su samuru ilişmişdi. Heyvana yazıqları gələn turistlər bala samuru ovçulardan satın alaraq bizə gətirdi. Müalicəsini etdikdən sonra samur bizimlə yaşamağa başladı. Sonra onun cəld bir heyvan olduğunu anladıq. Sprut Paullanı xatırladıq "Bizim niyə bir falcımız olmasın" deyə düşündük. Eşlinin bu işin öhdəsindən gələcəyindən əminik. İndidən bir neçə sınaq etmişik. Qarşısına iki komandanı təmsil edən fərqli yeməklər qoyanda Eşli ilk əvvəl qazanan tərəfin yeməyini yeyir.
Sizin Reklam Yeriniz