Əlaqə Arxiv
news Image
2013.01.29
16:00
| A A A
"Samsung"un uğuru
Movqe.Az bildirir ki, "Samsung" 2012-ci ilin son üç ayında qazancının 2011-ci ilin eyni dövrünə görə 76 faiz artaraq 6.6 milyard dollara çatdığını açıqlayıb. Firmanın satış gəlirləri illik 19 faiz artımla 52.2 milyard dollar olub. Koreyalı texnologiya nəhənginin əzəli rəqibi "Apple"ın əksinə olaraq bu nəticələrlə planlarını reallaşdırıb. Gəlirlərdəki artımda mobil telefon sahəsinin satışlarında isə keçən ilin eyni dövrünə görə 58 faiz yüksələrək 25.3 milyard dollara çatıb. "Samsung"dan gələn yazılı məlumatlara görə, bu hissənin uğur qazanmasında "Galaxy S3" və "Galaxy Note 2"nin yüksək satış performansının əhəmiyyətli qatqısı olduğu ifadə edilib. Maliyyə nəticələrində firmanın neçə ədəd cihaz satdığı bildiriliməyib. Mütəxəssislər "Samsung"un 2012-ci ilin son üç ayında 63 milyon ədəd telefon satdığını güman edirlər. Bu son rəqəmlərlə birlikdə "Samsung"un illik satış gəliri 187 milyard dollara çatıb. Firmanın 2012-ci ilə görə dəqiq qazancı isə 22.2 milyard dollar olub.
Sizin Reklam Yeriniz