Əlaqə Arxiv
news Image
2013.01.29
16:35
| A A A
Ölkədə spirtli içki reklamları məhdudlaşdırılacaq

Movqe.Az bildirir ki, Belçikada spirtli içki reklamları ilə bağlı ciddi tədbirlər görülür. Sektor nümayəndələrinin də dəstəklədiyi tənzimləmələrlə sosial şəbəkə saytları və internet bloqlarında spirtli içki reklamları tamamilə qadağan ediləcək. Səhiyyə naziri Laurett Onkelinks, içki istehsalçıları və distribyutorları, otel, restoran və kafe sektor nümayəndələri ilə spirtli içki reklamlarına ciddi məhdudiyyət qoyulması mövzusunda ortaq razılaşmaya gəliblər. Belçikada gənclərin içki ilə tanış olma yaşlarının 12-ə düşdüyünə diqqət çəkən mütəxəssislər, alınan qərardan çox razıdılar. Sərxoş olma yaşlarının isə 14 yaş olduğunu yazan mütəxəssislər, spirtli məhsulların reklamının olunması içkilərə həvəsi artırdığını bildiriblər. Gənclərin tez-tez istifadə etdiyi sosial şəbəkə saytları və internet bloqlarında spirtli içki reklamının qadağan edilməsi alkoqolizmlə mübarizədə əhəmiyyətli bir addım olacaqdır.

Sizin Reklam Yeriniz