Əlaqə Arxiv
news Image
2013.01.29
18:26
| A A A
Bədəninizi soyuqdan qoruyan qidalar
Movqe.Az bildirir ki, Soyuq havalarda geyiləcək paltarlar qədər yeyiləcək qidalar da çox əhəmiyyətlidir. Soyuq havalarda isti tutan yeməklər yeyildiyi zaman, bədən istiliyini saxlamaq mümkün olur. Şokoladlı tort bədən istiliyini artırıcı bir təsirə sahibdir. Başda tut və üzüm doşabı olmaq üzrə digər doşab növlərinin də bədəni istilədərək, soyuğa qarşı qoruduğunu ifadə edən mütəxəssislər, səhərlər evdən çıxmadan əvvəl yarım çay stəkanı doşab içildiyi zaman bədənin soyuğa qarşı müqavimətinin artırdığını bildiriblər. Mütəxəssislər, üşüməmək üçün qış aylarında qırmızı ət istehlakının artırılması lazım olduğunu söyləyiblər. Qırmızı ət maddi baxımdan sizə sərf etmirsə, balıq onu əvəz edən bir alternativ ola bilər. Qışda mövsümü olduğu üçün ucuz qiymətə balıq tapmaq mümkündür. Paxla, noxud kimi paxlalıların yeyilməsi mütəxəssislərə görə bədəninizin istilik tarazlığını qoruyacaq. Enerji anbarı olaraq bilinən quru meyvələr də sizi istilədə bilər. Mütəxəssislər xüsusilə quru üzüm və quru qayısını məsləhət görür. Zülalla zəngin olan yumurta, eyni zamanda bədənə istilik verən qidalardandır. İspanaq, cəfəri, kəvər və digər yaşıl yarpaqlı qidalar ilə badam və fındıq qəbulu üşümənizə maneə törədə biləcək qidalardır. Zeytun və pendir də soyuqdan qoruyucu xüsusiyyətlərə malikdir.
Sizin Reklam Yeriniz