Əlaqə Arxiv
news Image
2013.01.30
17:16
| A A A
Qızını içkiyə öyrəşdirən ana
Movqe.Az bildirir ki,  İngiltərədə yaşayan Şannon Burrous adlı qadın, qızına 3 yaşından bəri içki içirdiyini etiraf edib. Dörd uşaq anası 35 yaşlı qadın, qızı erkən yaşdan özünə "içki yoldaşı" ola bilsin deyə, ona 3 yaşından içki verməyə başladığını açıqlayıb. "Closer" jurnalına müsahibə verən qadın, qızının 18 yaşına gəldiyi zaman içki içməyə başlayıb "özündən çıxmaması" üçün ona kiçikliyindən bəri içki içirdiyini, beləcə qanuni içki içmə yaşı olan 18-i bitirdiyi zaman digər gənclər kimi sərxoş olmadığını söyləyib. "Qızım ən yaxşı rəfiqəmdir, yığıncaqlara, mərasimlərə birlikdə gedirik."deyən Şannon, özü içki içməyə 14 yaşından başlayıb. Şannon və qızı Cemi Li həftədə bir gecə birlikdə əylənməyə çıxırlar. Onlar əylənərkən, Şannonun digər 3 uşağına 50 yaşındakı bağban ataları Con baxır. Hal-hazırda 20 yaşında olan Cemi Li, altı ay əvvəl kassir olaraq çalışdığı mağazadan qovulduğu gündən bəri işsizdir.


Sizin Reklam Yeriniz