Əlaqə Arxiv
news Image
2013.01.30
17:20
| A A A
Şəkildəki fərqi hiss etməyəcəksiniz

Movqe.az xəbər verir ki, "Jobs" adlı filmdə Stiv Cobsu canlandıran məşhur aktyor Aşton Kutcherin "Twitter"dan paylaşdığı bir fotoşəkil onu izləyənləri təəccübləndirib. Onun filmdəki görünüşü ilə Cobsun bir fotoşəkilinin birləşdirildiyi şəkildə hansı tərəfin Kutcher, hansı tərəfin Cobs olduğu az qala ayırd edilə bilmir. 2011-ci ildə 56 yaşındaykən vəfat edən Cobsun həyatını izah edən "JOBS" adlı filmin təqdimatı keçən cümə "Sundance" Film Festivalında keçirilmişdi.Lakin tənqid hədəfinə çevrilən Kutcher Sundance Film Festivalında Cobsa bənzəmək üçün meyvə pəhrizi etdiyini lakin xəstəxanalıq olduğunu açıqlayıb.. ABŞ-da apreldə yayımlanacaq filmin təxmini büdcəsi 8.5 milyon dollardır.

Sizin Reklam Yeriniz