Əlaqə Arxiv
news Image
2013.01.31
16:20
| A A A
"Facebook" artıq "mobil telefon" şirkətidir

Movqe.Az bildirir ki, "Facebook", 2012-ci ilin son dörd ayına aid maliyyə rəqəmlərini dünən açıqlayıb. Şirkətin mobil istifadəçiləri, kompüter istifadəçilərini ilk dəfə keçərkən, mobil qazanılan gəlir 306 milyon dollar olub. İstifadəçi sayı 1.06 milyarda çatan "Facebook", mobil ictimai şəbəkədən istifadə edən istifadəçi sayını 57 faizinin  artıraraq 680 milyona çıxarıb. Keçən ilə aid son rəqəmlərin açıqlandığı iclasda mətbuata açıqlama verən "Facebook" Baç icraçı direktoru Mark Zukerberq, "2012-ci ilədək mobil platformada sıfır reklamla başladıq. İlin sonunda isə gəlirimizin 23 faizini mobil telefondan əldə etdik. Rəqəmlər gözlədiyimizdən daha yaxşı oldu." deyib. Mabil sahəsindəki müvəffəqiyyətə baxmayaraq, artan xərclər "Facebook"un karına zərbə vurub. İlin sonundakı hesablamalar əvvəlki dövrə nisbətən 79 faiz azalaraq 64 milyon dollara geriləyib.


Sizin Reklam Yeriniz