Əlaqə Arxiv
news Image
2013.02.01
16:22
| A A A
"PlayStation 4"ü gözləyənlərə sevindirici xəbər
Movqe.Az bildirir ki,  Yapon texnologiya nəhəngi "Sony"-nin bu ay "PlayStation 4"-ü (PS4) təqdimata çıxartması gözlənilir. Bu həyəcan verici gözləməni yaradan isə "Sony"-nin ABŞ mətbuatına göndərdiyi bir yığıncaq dəvəti olub. Firma Nyu Yorkda reallaşdıracağı mətbuat konfransı ilə əlaqədar heç bir məlumat verməyib. Yalnız yığıncağın 20 fevralda reallaşacağını "Playstation" loqosu vasitəsilə amerikalı mətbuat mənsublarına bildirib. Keçən ilin son 6 ayı ərzində yapon texnologiya saytları tez-tez "Sony"-nin "PS4"ü inkişaf etdirməyə başladığını iddia edirdi. "Sony"-nin 2013-cü il etibarilə "PlayStation 2" istehsalını tamamilə dayandırdığı məlumatı da yayılmışdı. Bu səbəblə yapon firmanın göndərdiyi sirrli dəvətnamə dünya daxilində "PS4"ə qovuşmağı gözləyən oyun sevənlər üçün həyəcan yaradıb.
Sizin Reklam Yeriniz