Britaniya kraliçası 2-ci Yelizavetanın mərhum gəlini, şahzadə Diananın sabiq köməkçisi Pol Barrel 32 ildən bəri nikahda olduğu xanımını boşamağa hazırlaşır.
58 yaşlı P.Barrelin dediyinə görə, sevgilisi və yaşıdı, vəkil Qrem Kuperə ərə gedir.
Movqe.az milli.az-a istinadən bildirir ki, toy gələn ay olacaq.
İki övlad atası Pol Barrelin dediyinə görə, Qrem Kuperi sevir və onunla yaşamaq istəyir.
Onun dediyinə görə, 62 yaşlı xanımı Meri boşanma qərarını anlayışla qarşılayıb.
Polun oğulları - 27 yaşlı Aleks və 24 yaşlı Nikolas ABŞ-dan Britaniyaya yollanaraq toya qatılacaqlar.
10 il şahzadə Diananın köməkçisi olmuş Pol Barrellə Qrem Kuper faktiki olaraq 6 ildir ki, birlikdə yaşayırlar.
Onlar evlənmə qərarına 2014-cü ildə, ABŞ-ın Missuri ştatındakı Blackberry Creek Retreat Bed & Breakfast"də gəliblər.