Movqe.Az bildirir ki, Meteorit fevralın 15-i dünyanın 28 min kilometr yaxınından keçəcək. Orta böyüklükdə bir meteorit dünyaya yaxınlaşır. Meteoritin planet üçün bir təhlükə meydana gətirmədiyi bildirilib. Bir futbol sahəsinin yarısı, yəni 50 metr uzunluğundakı meteorit "DA 14" dünyaya yaxınlaşır. Gələn həftənin sonunda, dünyanın 28 min kilometr yaxınından, yəni bəzi peyklərdən də yaxın məsafədən keçəcək. Bunun dünyaya indiyə qədər ən yaxın keçən göy cisimi olacağı hesablanır. Mütəxəssislər dünyaya toxunaraq keçəcək meteoritin bir təhlükə meydana gətirmədiyini vurğulayırlar. 130 min ton ağırlığındakı meteorit ötən il kəşf edilib, rotası təyin olunub. Amerikan Havaçılıq və Kosmos dairəsi NASA radarlarla izlədiyi meteoritin üç ölçülü xəritəsini çıxaracaq.