4G sürətlə yayılır
Movqe.az xəbər verir ki, Çinin şərqindəki
"Cıciang" əyalətinin iki şəhərində dördüncü nəsil (4G) mobil
internet şəbəkəsi istifadəyə başlayıb. Şinhua agentliyinin xəbərinə
görə, ölkənin ən böyük GSM operatoru China Mobile 500 Yuen
(təxminən 80 ABŞ dolları) depozit qarşılığında təminən 3G-dən 10
qat sürətli olduğu qeyd edilib. 4G istifadəçilərinin 10 megabaytlıq
bir proqramı iki saniyə, 2 gigabaytlık bir HD filmi isə bir neçə
dəqiqədə yükləyə biləcəyi deyilib. Ölkədə 4G-nin yayılmasıyla
yanaşı kabelsiz 4G paylayıcı cihazları və 4G telefonlarının da bu
il ərzində yayılması gözlənilir.