"Apple"dan daha bir yenilik
Movqe.Az bildirir ki, "Apple"ın bu günə
qədər ən yüksək yaddaş olaraq "iPhone" və "iPad"lərdə seçim etdiyi
64 GB-lıq yığma vahidi ilk dəfə olaraq iki qat artırılıb. İndi
artıq 128 GB-lıq "iPad" ilə daha çox film, musiqi və proqramlar
cihazlara əlavə edilə biləcək. "Apple Store"dan satışa təqdim
edilən 128 GB-lıq sensor ekranlı ən yeni "iPad"lərin qiyməti WiFi
və 3G dəstəyinə görə dəyişiklik göstərir. WiFi-lı modeli 799
dollardan satışa təqdim edilərkən, 3G/LTE texnologiyasını istifadə
edən modellər isə 929 dollarlıq qiymətə sahibdir. 64 GB-lıq
yaddaşlı modellərdə isə WiFi-lı olanı 699, 3G/LTE 'li olanı isə 829
dollardan satılır. Yəni istifadəçilər 64 GB-lıq "iPad" yerinə 100
dollar daha çox ödəyərək 128 GB-lıq modeli seçim edə bilər.