Əlaqə Arxiv
news Image
2017.04.04
12:13
| A A A
90 yaşında cinsiyyətini dəyişən hərbçi - fotolar

İkinci Dünya Müharibəsində iştirak edən ingilis hərbiçisi Piter Devis 90 yaşında qadın olub. 

Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, o, bu qərara 63 illik həyat yoldaşını itirdikdən sonra gəlib. 

Devis bildirib ki, o, özünü 3 yaşından bəri qız kimi hiss edib. Lakin bunu hamıdan gizli saxlayıb. Uzun illər bu sirri özündə saxlayan Piter qadın olduqdan sonra adını da dəyişərək Patrisia qoyub. 

Keçmiş hərbçinin sözlərinə görə,  63 ilik evlilik müddətində həyat yoldaşı evdə olmadığı zaman onun aksessuarlarını taxıb, geyimlərini geyinib, aynanın qarşısına keçərək makiyaj edib, dırnaqlarına boya sürtüb. Xanımı gəlmədən isə hamısını təmizləyib. 

Piter qeyd edib ki, bu qərarının gecikməsinin əsas səbəbi insanların verəcəyi reaksiya olub.

 









Sizin Reklam Yeriniz