Əlaqə Arxiv
news Image
2018.10.29
13:44
| A A A
Makaron suyuna yağ tökməyin

Çox zaman gündəlik həyatda etdiyimiz işlərin fərqinə varmırıq, diqqət yetirmirik. Bu halda isə bəzən yanlışlıqlara yol verilir. Movqe.az lent.az-a istinadən gündəlik həyatda etdiyiniz səhvlərlə sizi tanış edir.

Makaron suyuna yağ əlavə etmək
 
Bir çoxları makaron bişirmə mövzusunda professional olduğunu düşünür. Bəlkə də haqlısınız. Ancaq suyuna yağ əlavə edirsinizsə, tamamilə səhvdir. Yaxşı makaron bişirmək üçün 100 qram makarona 1,5 yarım litr su əlavə etmək lazımdır. Eyni zamanda, makaronun suyuna yağ əlavə etsəniz, hazırladığınız sousun makaronlara yapışmasına mane olacaq.

Duşda sabun çox istifadə etmək
 
Yaşlandıqca dərinin nəm tarazlığı dəyişir və dəri qurumağa başlayır. Davamlı sabun istifadə etmək dərinin nəm tarazlığını itirməsinə səbəb olur. Bu səbəbdən də dərinin nəm tarazlığını qorumaq üçün duşda sabundan az istifadə etməlisiniz.

Dişləri üfüqi hərəkətlərlə fırçalamaq
 
Dişləri üfüqi fırçalamaq diş sağlamlığına təsir edən və dişlərin təmizlənməsinə mane olan üsuldur. Dişlərinizin gözəl təmizlənməsini istəyirsinizsə, mümkün qədər dişlərinizi şaquli hərəkətlərlə təmizləməlisiniz.

Sinədən nəfəs almaq
 
Oksigen sinir sistemi üzərində müsbət təsirlərə malikdir. Bədəninizdə meydana gələcək ağrı və iltihablanmanı azaldır. Eyni zamanda qan təzyiqinin düşməsinə də təsir edir. Doğru nəfəs almaq texnikasını nizamlı olaraq istifadə etsəniz, fiziki sağlamlığınız inkişaf edəcək və emosiyalarınızı yaxşı istiqamətdə idarə etməyə kömək olacaq. Doğru nəfəs texnikası diafraqma nəfəsidir. Bu səbəbdən sinədən deyil, diafraqmadan nəfəs almağa çalışmalısınız.

Sizin Reklam Yeriniz