Dünyanın ən məşhur əkizləri - fotolar
Braziliyadan olan 11 yaşlı albinos əkiz bacılar Lara və Mara Bavar görünüşləri ilə məşhurlaşıblar.
Movqe.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onlar fotoqraf Viniçius Terranovanın "Nadir güllər" layihəsi üçün kamera qarşısına keçiblər. Bacılar hazırda dünyanın ən məşhur əkizləri sayılır.
Əkizlərin Şeyla adlı daha bir bacıları var. Qaradərili Şeyla da bacılarına bənzəyir.
Qeyd edək ki, albinizm anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır. Bu uşaqların doğulması 17 mində birdir.