Əlaqə Arxiv
news Image
2018.05.09
18:30
| A A A
Köhnə tank aldı, içindən sərvət çıxdı - FOTOLAR

Britaniyalı kolleksiyaçı 55 yaşlı Nik Mid bir gün ərzində az qala milyonçuya çevrilib.

Movqe.az big.az-a istinadən xəbər verir ki, Nik vaxtilə İraq ordusunda istifadə olunmuş köhnə T-54 tankını eBay onlayn-hərracında satın alıb.

O, mexanik Tod Çemberleyn ilə birlikdə tankın içərisinə baxış keçirirlər və lingin köməyi ilə çəni açırlar. 

Tankın yanacaq çənindən nə az, nə çox düz 2,5 milyon dollarlıq qızıl külçələri çıxıb: “Nə edəcəyimi bilmirdim. Dərhal polisə zəng vurdum, çünki 5 qızıl külçəsi ilə banka gedə bilməzdim", - Nik Mid söyləyib.

Polis qızılı müsadirə edib.

Qeyd edək ki, Nik Mid tankı 37 min dollara alıb.

Midin satın aldığı tank 1990-1991-ci illərdə, Körfəz Savaşı zamanı beynəlxalq koalisiya tərəfindən ələ keçirilmişdi. Qızıl külçələri tanka Küveytdə iraqlı hərbçilərin gizlətdikləri güman olunur.

mənbə: istipress

Köhnə tank aldı, içindən sərvət çıxdı - FOTOLAR
Köhnə tank aldı, içindən sərvət çıxdı - FOTOLAR

Sizin Reklam Yeriniz