Almaniyadan gəlib Xocalı faciəsinə klip çəkdirdi
Seyran İsmayılxan dəhşətli faciəni öz klipində yaşatdı
Yaradıcılığını Almaniya və Türkiyədə davam etdirən azərbaycanlı
müğənni Seyran İsmayılxan Xocalı faciəsinin 21-ci ildönümü ilə
əlaqədar çəkdirdiyi klipini təqdim edib. Movqe.az-in məlumatına
görə, klip görkəmli bəstəkar Rauf Hacıyevin "Bahar sənsiz"
mahnısına çəkilib. Çəkilişləri 2 gün Şəkidə baş tutan klipdə Xocalı
soyqırımından fotolar və kadrlar da yer alıb.
Klipin ideya müəllifi ifaçının özünə məxsusdur. "Buta Film" müğənniyə dəstək olmaq üçün klip xərclərini öz öhdəsinə götürüb. Rejissorlar Ceyhun İbrahimoğlu və Vüqar İslamzadə 21 il əvvəl baş vermiş dəhşətli faciədə iki gəncin acı taleyini musiqinin dili ilə tamaşaçılara çatdırmağa çalışıblar. Klipdə Seyran Xocalı faciəsində sevgilisini itirmiş gəncin obrazını canlandırıb. Onun tərəf müqabili obrazını Vüsalə Vüsatqızı oynayıb.
Qeyd edək ki, Seyran İsmayılxanovun ifasında "Bahar sənsiz" mahnısı martın əvvəli dünyanın bir çox müğənnilərin ifalarından ibarət "Babilon Bar-3" adlı yığma alboma daxil ediləcək.