Əlaqə Arxiv
news Image
2013.05.20
13:47
| A A A
“Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr” adlı monoqrafiya nəşr olunub
Mövqe.az-ın məlumatına görə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr" adlı monoqrafiya işıq üzü görüb.

Heydər Əliyevin 90 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında (NMR) keçirilməsi ilə əlaqədar Ali Məclis sədrinin Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən nəşr olunmuş monoqrafiyada ümummili lider H.Əliyevin və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük xidmətlərindən, yeni epoxada NMR-də gedən ictimai-siyasi proseslərdən və elmi-mədəni hadisələrdən bəhs edilir.

"Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxmış nəşrin elmi redaktoru fəlsəfə üzrə elmlər doktoru, professor Məmməd Rzayev, redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Məmmədovdur.
img src="/photos/movqe/aliyevvvvvh.jpg" title="" alt="" align="left" width="300" style="margin-top: 5px; margin-bottom: 5px; margin-left: 5px; margin-right: 5px"
Sizin Reklam Yeriniz