Əlaqə Arxiv
news Image
2021.05.25
22:37
| A A A
Masallıda “Bayraq” aksiyası

25 may 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhər ərazisində, Heydər Əliyev  və Şah İsmayıl Xətayi parklarında bir qrup gənclərin iştrakı ilə “28 May Respublika Günü”  ilə əlaqədar olaraq  “Bayraq” aksiyası təşkil edilmişdir.
Aksiyanın keçirilməsində  əsas məqsəd, 28 May Respublika gününün mahiyyəti haqda ətraflı təbliğat aparmaqla yanaşı, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və 44 günlük Vətən müharibəsi dövründə  ordumuzun qazandığı uğurlarının gənclər arasında təbliği  həmçinin gənclərin  bayrağa olan sevgisini  daha da gücləndirmək və hər evdə ən azı bir bayrağın olmasından ibarət olmuşdur. Aksiya çərçivəsində gənc könüllüər fəal  iştirak etmişlər. Həyata keçirilən aksiya şəhər əhalisi və gənclər tərəfindən rəğbətlə qarşılanıb.
 

Əlihüseyn ŞÜKÜROV.

Sizin Reklam Yeriniz