Əlaqə Arxiv
news Image
2012.05.19
12:13
| A A A
Makedoniyalılar da "Sarı gəlin" dedi - VİDEO

Makedoniyanı "Eurovision 2012" Mahnı Müsabiqəsində təmsilçisi Kaliopi "Bakı Kristal Zalı"nda ikinci məşqini və mətbuat konfransını keçirib. Lent.az-ın məlumatına görə, məşqdən sonra mətbuatın suallarını cavablandıran Kaliopi jurnalistləri Azərbaycan dilində salamlayaraq, "Sarı gəlin" xalq mahnısını canlı ifa edib: "İlk dəfə bu mahnını eşidəndə vuruldum. Mahnını çox bəyənirəm".

Kaliopini yerli və xarici jurnalistlər ayaq üstə alqışlayıblar.

Təmsilçi bildirib ki, o, hazırda Azərbaycan dilini öyrənməklə məşğuldur.

Qeyd edək ki, Kaliopi ölkəsini 1996-cı ildə də "Eurovision" Mahnı Müsabiqəsində təmsil edib. Həmin il o, müsabiqədə "Samo Ti" mahnısını ifa edib.

Xatırladaq ki, ötən gün Latviya təmsilçisi Anmari də "Bakı Kristal Zalı"nda məşqlərindən sonra "Sarı gəlini"i ifa etmişdi
Sizin Reklam Yeriniz