Əlaqə Arxiv
news Image
2014.03.29
17:04
| A A A
Tolik: “Sən heç kim olanda səni Aygün və Röya gündəmə gətirdi"
Hər zaman qalmaqallı və açıqlamaları ilə gündəmdə olan məşhur prodüser Tarix Əliyev bir daha gündəmin sakitşiliyini pozdu. 

Movqe.az ans press-ə istinadən xəbər verir ki, Tolik kimi tanınan prodüser şəxsi İnstaqram səhifəsində son günlərin dillər əzbəri olan Ramal İsrafilov, Aygün Kazımova, Röya Ayxan və "Biletini alma" söz-söhbətini rəyini bildirib. O ötən gün xalq artisti Mələkxanım Əyyübova ilə görüşdüyünü və Ramalın yaratdığı qalmaqallara münasibət bildirdiyini deyib. 

Onun açıqlamaları hər kəs tərəfindən maraqla qarşılanıb:

"Sənətkarın əslində sözü də gərək ağır olsun. Mələkxanım xanımla bir məclisdə idik. Söhbət əsnasında Ramalın son vaxtlar "Aygün-Röya" qalmaqalı haqda soruşdum. Verdiyi cavab isə əsl sənətkara yaraşan idi. "Ramala zəng edib dedim ki, səni heç kim tanımırdı, Aygün və Röya mahnılarını oxuyub gündəmə gətirdilər. Aygün sənətdə də səndən böyükdür". Orada Aygün xanıma zəng etdim, Mələkxanım Əyyubova ilə telefonla danışdılar. O, əslində şou-biznesdən uzaq olan insandır. Yaxşı bilir ki, Ramal kiminsə fitvasına gedib. Bunu hamı başa düşür. O, restoran otaqlarında cürüyən bəzi şanssız müğənniciklərin fitvasına gedib. Bilirlər ki, Aygün və Röya olan yerdə o beşinci yerə düşür. Bu ərəfədə elə etdi ki, Ramalın toyunda özü ulduzluq etsin. Amma alınmaycaq. Ay yazıqlar, Ramal istedadlıdır, onun ən azından bu bacarığı var, ətrafındakılar onu sevir. Amma səni ətrafındakılardan başqa sevən yoxdur. 49 yaşın olacaq, qurtlar içini o qədər yeyib ki, səni heç kim yaxına buraxmır" - deyə yazaraq Tolik açıq şəkildə fikirlərini bildirib.

Sizin Reklam Yeriniz