Əlaqə Arxiv
news Image
2014.10.10
13:30
| A A A
"Bizdə qadını boşamazlar" (FOTO)
Haqlarında boşanma xəbərləri yayılan azərbaycanlı model Günay Musayeva tanınmış türk aktyoru Tolqa Karellə birlikdə görüntülənib. Cülük barışıb. Ötən gün onlar barışmalarını birlikdə qeyd ediblər. Onlar birlikdə gecə gəzintisi zamanı jurnalistlərin hədəfinə tuş gəliblər. T.Karel əyləndikləri məkandan çıxarkən jurnalistlərin suallarını cavablandırıb. O, jurnalistlərin boşanma barədə suallarına belə cavab verib: "Bizdə qadını boşamazlar".
Bir cümləlik açıqlamadan sonra o həyat yoldaşı ilə maşınına doğru gedib. Bu zaman aktyor G.Musayevanın qarşısına keçib. "Bizdə belədir... Kişi öndən, qadın bir addım arxada".
Qeyd edək ki, G.Musayevada ötən gün türk mətbuatına müsahibə vermişdi. O, ada hər ailədə olduğu kimi ailəsində problemlərin olduğunu deyib. "Amma mən ailəmlə ayrılmamışam. Birlikdəyik, xoşbəxtəm".
Sizin Reklam Yeriniz