Azərbaycan Kəlağayısı UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib
Bu gün Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi
sənəti" adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə
Reprezentativ siyahısına daxil edilib.Movqe az APA-ya
istinadən xəbər verir ki, Kəlağayı faylı Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
hazırlanıb.Nazirlikdən bildiriblər ki, komissiyanın bugünkü
iclasında Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda
Məmmədəliyeva çıxış edərək, Komitə üzvlərinə təşəkkür edib və
UNESCO siyahısına daxil edilməsinin Kəlağayı sənətinin ölkəmizdə
inkişafına kömək edəcəyini bildirib.Qeyd edək ki, hazırda
Kəlağayıdan başqa Muğam ifaçılıq sənəti, Azərbaycan aşıq sənəti,
Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılıq sənəti UNESCO-nun
Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına,
Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə UNESCO-nun Təcili qorunmaya
ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.