Əlaqə Arxiv
news Image
2012.09.11
20:52
| A A A
Jerar Departye Azərbaycana gəlib
Fransa kino xadimləri Bakıda “Aleksandr Duma Azərbaycanda” sənədli filminin çəkilişinə başlayıblar Fransanın dünyaca məşhur aktyoru Jerar Departye Azərbaycanda səfərdədir. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov APA-ya bildirib ki, məşhur aktyorun ölkəmizə səfəri film çəkilişi ilə bağlıdır. Fransa kino xadimləri tərəfindən "Aleksandr Duma Azərbaycanda" sənədli filminin çəkilişləri aparılır və Jerar Departye bu filmdə fransız aktyoru olaraq özünü oynayır. Filmin çəkilişləri Bakı ilə yanaşı, Azərbaycanın regionlarında da aparılacaq. Filmin çəkilişləri Aleksandr Dumanın Azərbaycandakı marşrutu üzrə həyata keçiriləcək. Səfər çərçivəsində fransız aktyorun bir sıra görüşlərinin keçiriləcəyi nəzərdə tutulur. 
Jerar Departyenin də daxil olduğu filmin yaradıcı heyətinin Azərbaycana səfəri sentyabrın 15-də yekunlaşacaq. Həmin gün aktyorun və Fransadan gələn heyətin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü nəzərdə tutulur. 
Bu gün filmin çəkilişləri Bakı Caz Mərkəzində baş tutub. Filmin çəkiliş prosesində Azərbaycanın gənc cazmeni, əməkdar artist Emil Əfrasiyab da iştirak edib. Həmyerlimizin ifası fransız aktyorunun marağına səbəb olub və aktyor azərbaycanlı musiqiçiyə film üçün musiqi yazmağı təklif edib.
Sizin Reklam Yeriniz