Əlaqə Arxiv
news Image
2015.08.05
18:50
| A A A
Azərbaycan filmi Belarusun ən çox izlənilən kanalında nümayiş etdirilib
Bu ölkənin aparıcı telekanallarında və mətbuat səhifələrində mütəmadi olaraq Azərbaycan haqqında filmlər və məqalələr yerləşdirilir

"Babək" filmi Belarusun ən çox izlənilən "Беларусь 3" kanalında (rus dilində) iki gün ardıcıl olaraq nümayiş etdirilib. Bu barədə Movqe.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

"Belarusun aparıcı telekanallarında və mətbuatında mütəmadi olaraq Azərbaycan haqqında filmlər və məqalələr yerləşdirilir", - məlumatda bildirilib.

Qeyd edək ki, hər il Belarus Respublikasının müxtəlif qəzet və jurnallarında Azərbaycan haqqında 20-25 məqalə dərc olunur, telekanallarında isə il ərzində 50-52 saat efir vaxtı ayrılır.

Sizin Reklam Yeriniz