Əlaqə Arxiv
news Image
2015.08.08
21:00
| A A A
Filmlərimiz müsəlman kino festivalında
Azərbaycan filmləri sentyabrdabaştutacaqXI Kazan beynəlxalq müsəlman kino festivalının proqramına daxil edilib.

Movqe.az Axar.az-a istinadən xəbər verir ki, festival proqramına 25 ölkədən tammetrajlı və qısametrajlı bədii, sənədli və animasiya olmaqla 50 film daxildir.Azərbaycan istehsalı olan "Bakı sübhdən günbatanadək" filmi festivalın "Tammetrajlı sənədli filmlər" kateqoriyasında, "Köhnə saat" cizgi filmi isə "Animasiya filmləri" kateqoriyasında təqdim ediləcək.

"Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filmi Polşa kinematoqrafçılarının iştirakı ilə "Dünya sübhdən günbatanadək" beynəlxalq layihəsi çərçivəsində hazırlanıb.

Layihənin Azərbaycandakı tərəfdaşı "Azanfilm"in istehsal etdiyi "Köhnə saat" cizgi filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanova, prodüseri Fariz Əhmədovdur.



Sizin Reklam Yeriniz