İtən "Bağça" tapıldı
1 milyon dəyərindəki rəsm əsəri 1987-ci ildən bu yana tapılmamışdı.
Movqe.Az bildirir ki, "Le Jardín" (Bağça)
adlı rəsm əsərinin, polşalı bir kolleksiyaçının təklifi ilə sənət
dəllalı Çarles Robertsin İtkin Sənət Əsərləri Qeydlərini yoxlaması
nəticəsində ortaya çıxdığı bildirilib. Təxminən 1 milyon dollar
dəyərində olan əsərin hələlik bir kassada qorunduğu və gələcək
günlərdə Stokholmdakı Müasir İncəsənət Muzeyinə qaytarılması üçün
İsveç Mədəniyyət Nazirliyinə təslim ediləcəyi bildirilib. "Le
Jardín", 11 may 1987-ci ildə Stokholmdakı Müasir İncəsənət
Muzeyindən oğurlanmışdı. Muzeyin qapısını qıran oğrular 10 dəqiqə
içində rəsm əsərini asılı olduğu divardan götürüblər. Rənglərin
istifadəsi və insan fiqurunun əks olunması ilə cığır açan üsulları
inkişaf etdirən Matisse, Pablo Pikasso və Marsel Duçamp ilə
birlikdə 20-ci əsrin ən əhəmiyyətli sənətçilərindən biri kimi
tanınır.