Mövqe.az xəbər verir ki, müğənni
Miri Yusif "Nargis" dərgisinin "Anket" rubrikasının qonağı
olub.
Soyadı, adı, ata adı: Mirbabayev Mir Yusif.
Doğum tarixi: 27 oktyabr, 1977.
Doğum yeri: Bakı.
Qan qrupu: RH (2) +
Sənəti: müğənni.
Boyu: 174 santimetr.
Çəkisi: 80 kiloqram.
- Ən çox nə zaman pul
xərcləmisiniz?
- Dostlarla Las-Veqasda istirahət edərkən.
Kazinoda yüksək məbləğdə pul udduq və hamısını bir gecədə
xərcləməyə qərar verdik. Belə bir deyim də var: "Las-Veqasda
qazandığın pulu Las-Veqasda xərcləməlisən".
- Sizi ən çox
təsirləndirən son hadisə...
- Heydər Əliyev Sarayında verdiyim son konsert.
Zaldakı işıqlar göz qamaşdırırdı. Oraya gələn insanlar məni
təsirləndirdi.
- Sənətdə hansı zirvəyə
yüksəlmək istəyirsiniz?
- Mən yaradıcılıqda sərhəd tanımıram. Amma
indiki halda "Kristal Holl"da çıxış etməyi çox istəyirəm.
- Sevimli ədəbiyyat və
ya kino qəhrəmanın...
- Sevimli kino qəhrəmanım Don Korleone və onun
oğlu Maykldır. Onların üslubu və həyata baxışını çox
sevirəm.
- Ən böyük çatışmazlığınız
nədir?
- Məncə, kifayət qədər təmkinli
deyiləm.
- Dostlarınızda ən çox
nəyi dəyərləndirirsiniz?
- Səmimiyyət. Səmimi olmayan insanlarla danışa
bilmirəm.
- Sizi özünüzdən çıxara biləcək 3
şey...
- Ədalətsizlik, yekəxanalıq və yalan.
- Kiminlə liftdə qalmağı
arzulayarsınız?
- Müğənni Zemfira ilə... Onun yaradıcılığını
çox sevirəm və üz-üzə ünsiyyətdə olmaq istəyərəm. Bu, liftdə də ola
bilər.
- Hansı söz və ya
ifadəni tez-tez işlədirsiniz?
- "Bizim axırımız nə olacaq?"
- Etmək istəyib edə
bilmədiyiniz nəsə varmı?
- Ev tikmək istəyirəm. Ümid edirəm ki, yaxın
zamanda bu istəyimi reallaşdıracağam.
- Ən çox nədən
bezirsiniz?
- İşsizlikdən.
- Deyirlər ki, hər insanın
fobiyası var. Bəs sizin?
- Hündürlükdən çox qorxuram.