Əlaqə Arxiv
news Image
2012.05.11
20:06
| A A A
Qalib jurnalistlər mükafatlandırıldı
Qaradağ Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlandı

Movqe.az xəbər verir ki, mayın 11-də Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və prespiktivlər" mövzusunda birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlandı. Tədbiri giriş sözü ilə Qaradağ rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov açdı. O, son dövrlər rayonda gedən uğurlu sosial-iqtisadi layihələrdən danışdı. Söz alan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə fondun fəaliyyəti və müsabiqə haqqında qısa məlumat verdi. V. Səfərli bildirdi ki, ötən ay Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşşəbbüsü ilə Qaradağ rayon ziyalılları ilə görüş keçirilib : "Həmin görşdə Qaradağ Rayon İcra hakimiyyəti ilə birgə 2012-ci il aprelin 5-dən mayın 4 -dək fərdi jurnalist müsabiqəsinin keçirilməsi qərara alındı. Müsabiqəyə ümumilikdə 22 yazı daxil olmuş və onlardan 6-sı qalib hesab edilib. Müsabiqənin şərtlərinə əsasən I yerin qalibinə - 1000 manat, II yer (2 nəfər) 800 manat, III yerin (3 nəfər) qalibinə isə 600 manat məbləğində pul mükafatı və xüsusi diplomların verilməsi qərara alınıb. Bunlardan əlavə 5 nəfərə həvəsləndirici mükafat verilməsi nəzərdə tutulub. Lakin Qaradağ rayon icra başçısı Süleyman müəllimin təklifi ilə müsabiqədə iştirak edən digər iştirakçılara da həvəsləndirici mükafat verilməsi qərara alınıb". Sonra qaliblərin mükafatlandırma mərasimi keçirildi.

Son illər Fondun dövlət qrumları ilə birgə müsabiqə keçirməsini təqdir edən mətbuat şurasının sədri Əflatun Amaşov isə bu çür jurnalist müsabiqələrinin əhəmiyyətindən danışdı və fondun bu sahədə uğurlar əldə etdiyini diqqətə çatdırdı. Mərasimdə çıxış edən digər iştirakçılar da belə müsabiqələrin jurnalist peşəkarlığının artırılmasında xüsusi rol oynadığını vurğuladılar.


Sizin Reklam Yeriniz