Əlaqə Arxiv
news Image
2012.05.23
20:38
| A A A
Yunanıstanın “Evrovision-2012” mahnı müsabiqəsinin təmsilçiləri BSU-da olub

Mövqe.az xəbər verir ki, mayın 23-də Bakıda keçirilən "Evrovision-2012" mahnı müsabiqəsində finala vəsiqə qazanmış Yunanıstan Respublikasının təmsilçisi Eleftheria Eleftheriou, onunla gələn nümayəndə heyəti və Yunanıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri İoannis Metaksas 23 may tarixində Bakı Slavyan Universitetinin qonağı olublar. BSU-da fəaliyyət göstərən Yunan Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olan qonaqlar xalqımızın qonaqpərvərliyinə heyran olduqlarını dilə gətiriblər.

Qonaqları salamlayan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev onlara yarışmanın finalında qələbə arzulayıb.

Yunanıstan təmsilçisi Bakıya gəldiyi ilk gündən Azərbaycan xalqının qonaqpərpərvəliyinə, şəhərin memarlığına və "Evrovision-2012" yarışmasının keçirildiyi "Büllur Saray"ın möhtəşəmliyinə heyran olduğunu bildirib: "Biz Azərbaycandan böyük dəstək görürük və bu dəstəyin davam etməsini diləyirik". Tələbələrin müxtəlif mövzuda suallarını cavablandıran müsabiqə itirakçıları tədbirdə iştirak edənlərə "Evrovision-2012" mahnı müsabiqəsinə təqdim etdiyi "Aphrodisiac" mahnısının CD disklərini hədiyyə edib.

Sonda Eleftheria Eleftheriou BSU-nun Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb və tələbələrlə xatirə şəkli çəkdirib.

Sizin Reklam Yeriniz