Əlaqə Arxiv
news Image
2012.05.25
19:23
| A A A
Rövnəq Abdullayev: “ARDNŞ-in bir neçə əməkdaşı vəzifə səlahiyyətlərini aşıb”
“Həmin əməkdaşlar cəzalandırılacaq”

Bakının Sulutəpə qəsəbəsində qanunsuz tikililərin söküntüsü zamanı baş verən qarşıdurmada ARDNŞ-in bir neçə əməkdaşının vəzifə səlahiyyətlərini aşması müəyyən edilib. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.
R. Abdullayev hadisə zamanı jurnalist İdrak Abbasovun döyülməsi məsələsinə də münasibət bildirib: "Tam məsuliyyətimlə deyə bilərəm ki, Sulutəpədə baş verən hadisələrlə bağlı SOCAR tərəfindən ədalətli araşdırma aparılıb. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, bizim bir neçə əməkdaşımız vəzifə səlahiyyətini müəyyən qədər aşıb. Sözsüz ki, həmin əməkdaşlar cəzalandırılacaq. Lakin bir şeyi də deməliyəm ki, həmin hadisədə jurnalistin döyülməsi baş verməyib. Həmin qarşıdurmada döyüldüyü iddia edilən şəxsin üzərində peşə fəaliyyətini təsdiq edən heç bir sənəd olmayıb. Biz bilirik ki, həmin şəxsin və onun qardaşlarının Sulutəpədə qanunsuz tikilmiş evləri və torpaq sahələri var. Orda müəyyən qruplar var ki, qanunsuz torpaqları zəbt edib və həmin torpaqları satır". 

Sizin Reklam Yeriniz