Əlaqə Arxiv
news Image
2012.05.29
18:55
| A A A
Şuşa BSU-da anıldı

Movqe.Az xəbər verir ki, 29 may 2012-ci il tarixində Bakı Salvyan Universitetinin Akt zalında 2011-2012-ci tədris ilində Şuşa rayon Təhsil şöbəsində görülmüş işlərin yekunlarına və il ərzində təhsil və nümunəvi davranışı ilə fərqlənən bir qrup şagirdlərin təltif edilməsinə həsr olunmuş rayon tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Təhsil naziri Misir Mərdənov, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" ictimai birliyi idarə heyətinin sədri, Şuşa Rayon İcra hakimiyyətinin başçısı Bayram Səfərov, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev, Şuşa RİH-nin aparat işçiləri, rayonun idarə və müəssisə rəhbərləri, orta məktəb müəllimləri, şagirdlər və valideynlər də iştirak ediblər.

Tədbiri giriş sözü ilə Şuşa RİH-nin başçısı B.Səfərov açaraq Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib. B.Səfərov öz çıxışında Şuşa rayon təhsil işçilərinin uğurlarından söhbət açaraq Heydər Əliyevin Azərbaycan təhsilinə böyük qayğı ilə yanaşdığını vurğulayıbı və bu uğurlu siyasətin Respublikamızın Prezidendi İlham Əliyevin davam etdirdiyini, son illərdə Azərbaycan təhsilinin maddi texniki bazasının güclənməsini, yeni məktəblərin tikilməsini, onların müasir avadanlıqlarla təchiz edilməsini nəzərə çatdırıb. Bayram Səfərov qeyd edib ki, təhsilə göstərilən dövlət qayğısı Şuşa məktəblərində də öz yüksək nəticəsini göstərir, şagirdlərin uğurları məni sevindirir.

Öz çıxışında BSU-nun rektoru professor K.Abdullayev qonaqları salamlayaraq görüşün məhz BSU-da keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Rektor K.Abdullayev Şuşanın tarix boyu Azərbaycanın  elm, təhsil, mədəniyyət beşiyi olduğunu vurğuladı, gələcəkdə belə tədbirlərin Şuşada keçirilməsini arzulayıb.

Şuşa RİH-nin təhsil, səhiyyə və mədəniyyət üzrə  müavini Vüsalə Fətəliyeva Şuşanı Azərbaycanın mədəniyyət incisi, təhsil mərkəzi, görkəmli şəxsiyyətlərin beşiyi başında layla çalmış anaya bənzətdi. O, eyni zamanda qeyd etdi ki, Şuşa Zaqafqaziyada müstəsna əhəmiyyət kəsb edən təhsil mərkəzi və ziyalılar şəhəridir.

Şuşa RTŞ-nin müdiri Təvəkkül Əliyev 2011-2012-ci il tədris ilində görülmüş işlərlə bağlı hesabat verərərək görülən işlərdən və uğurlarla yanaşı kurikulumla bağlı nöqsanlardan danışıb, məktəb rəhbərlərinin bu vacib işə ciddi yanaşmalarını diqqətə çatdırıb. T.Əliyev onu da bildirib ki, gündəlik işlərində həm Təhsil nazirliyinin, həm də Şuşa RİH-nin Şuşa təhsilinə daimi qayğılarını hiss edirlər. 

Azərbaycan Respublikasının Təhsil naziri Misir Mərdanov öz çıxışında qeyd edib ki, Heydər Əliyevin qoyduğu ənənələrin bu gün İlham Əliyev yüksək səviyyədə davam etdirdirir. Şuşanın təhsil işçiləri qaçqın həyatı yaşadıqlarını baxmayaraq bu gün Şuşanın təhsil ənənələrini  uğurla davam etdirirlər. O, Şuşanın Azərbaycana çox tanınmış şəxsiyyətlər bəxş etdiyini vurğulayaraq şuşalıları Şuşada görmək arzusunda olduğunu bildirib. 

Tədbirdə BSU ilə Şuşa RTŞ və BSU-nun nəznində fəaliyyət göstərən Məktəb-Lisey Kompleksi ilə  Şuşanın 1nömrəli Malıbəyli  tam orta məktəbi arasında əməkdaşlıq müqavilələri imzalanıb. Müqavilədə universitet tələbələrinin Şuşanın ora məktəblərində pedaqoji təcrübələrinin təşkili, Məktəb-Lisey Kompleksi ilə 1 saylı Malıbəyli tam orta məktəbin müştərək tədbirlərinin keçirilməsi, orta məktəb şagirdlərinin BSU-da ənənəyə çevrilmiş tələbə-şagird konfransında iştirakı, onların universitetdə keçirilən elmi və mədəni tədbirlərə fəal cəlb olunması, həmçinin universitet müəllimləri tərəfindən məktəblərdə müxtəlif mövzularda ustad dərslərin keçirilməsi nəzərdə tutulub.

Görüşdə rayonun 100 nəfərə yaxın şagirdi təhsildə, idmanda, olimpiadalarda və müxtəlif nominasiya müsabiqələrində əldə etdikləri yüksək uğurlara görə fəxri fərmanlarla və hədiyyələrlə mükafatlandırılıblar və qonaqlarla xatirə şəkli çəkdiriblər.

Sizin Reklam Yeriniz