Regionlardan Bakının
müxtəlif bazarlarına daşınan
məhsullarınqiymətinin baha
olmasına dair bu vaxta qədər
kifayət qədər məlumatlar
səsləndirilib. Lakin bunun qarşısının
alınması istiqamətində görülən tədbirlər
hələ ki, istənilən nəticəni
verməyib.
Elə bu
səbəbdən hökumət kənd
təsərrüfatı məhsullarını yol
verilən həddən daha
baha satılmaması üçün
qəti hərəkətə keçmək
və bunu
qanunvericiliklə tənzimləmək qərarına
gəlib.
Yayılan məlumatlara görə, bazarlarda möhtəkirliyin qarşısını almaq üçün yeni qanun layihəsi hazırlanır. Sənəd kənd təsərrüfatıməhsullarının qiymətinin yuxarı həddinin müəyyənləşdirilməsini nəzərdə tutur. Layihə Milli Məclisin yaz sessiyasındamüzakirəyə çıxarılacaq. Ekspertlərbelə bir qanunun qəbulunu olduqca vacib sayırlar və hesab olunur ki, bu vəziyyət ciddi qiymət ucuzlaşmasına rəvac verəcək. Hələlik isə ölkəmizdə kənd təsərrüfaıtmallarının qiyməti yüksək olaraq qalır. Məsələn, almanın diyarı sayılan Qubada bağbanlar tədaruk etdikləri almanı 3 sorta ayırır: 1-ci sort Rusiya, 2-ci sort paytaxt bazarları üçün nəzərdə tutulur. 3-cü sort məhsul isə emal müəssisələri üçün çeşidlənir. Elə bu vaxt topdansatış müəssisələribağbanların qapısını kəsdirir. Bildirilir ki, Rusiya bazar üçün çeşidlənən almanı 50, Bakı bazarı üçün olanı 30, emal müəssisələriüçün nəzərdə tutulan məhsulun hər kiloqramını10-20 qəpiyə satılır. Hər hektardan 7-8 ton məhsul götürən fermerlər onları satdıqdan sonra 2100-2300 manat pul əldə edir. Bu məbləğdən aqrotexniki xərcləri çıxanda məlum olur ki, əldə olunan qazanc cəmi 100-300 manat təşkil edir. Topdan alıcılar isə bağbanlardan aldıqları məhsulun üzərinə 5-10 qəpik əlavə etməklə bazar sahiblərinəsatırlar. Beləliklə, əkinçi ilə topdan alıcının bu sövdələşmədən qazancı cüzi olur. Əksər fermerlər məhsulunu saxlama kameralarında saxlamaq istəsə də, bu baş tutmur. Çünki orada saxlama xərci fermer üçün hələlik rentabelli sayılmır. Elə bu səbəbdən məhsul belə demək mümkünsə dəyər-dəyməzinə satılır. Bakı bazarlarında isə topdan 35-40 qəpiyə alınan Quba alması 2-3 dəfə baha satılır. Bağbandan topdan 30 qəpiyə alınan bu alma Bakı bazarında hətta 2 manatdan da baha satılır. Deməli, itirən istehsalçı ilə istehlakçıdır. Qazanansa, möhtəkir və inhisarçılardır. İndi Milli Məclisdə möhtəkirlərlə mübarizə yolunu artıq tapıblar. Belə ki, Sosial Siyasət Komitəsi kooperasiyahaqqında qanun layihəsinə "Məhsulun qiymətinin yuxarı həddinin təsbit edilməsi haqqında" maddə əlavə edib. Məlumatlaragörə, sənəd komitədə yenidən nəzərdən keçirilib və qanunvericiorqanın yaz sessiyasındamüzakirəyə tövsiyə olunub. Qanun yalnız almaya deyil, bütün kənd təsərrüfatı məhsullarınaşamil ediləcək. Ekspertlərbu qanunu daha çox inhisarçı qüvvələrin mövqeyinə ciddi zərbə olacağını proqnozlaşdırırlar.
Hələlik isə ölkəyə idxal olunan məhsullar az sayda əllərdə idarə edildiyindənbazarda inhisar qiymətlərinin müəyyənləşdirilməsinə gətirib çıxarıb. Digər inhisar yerlərdə istehsal olunan kənd təsərrüfatı məhsullarının bazarlara daxil olması zamanı yaradılan inhisarçı əngəllərdir. Əksər məhsul istehsalçıları məhsullarınıpaytaxtın istehlak bazarlarındabirbaşa satmaq imkanına malik deyillər. Onlar istehsal etdikləri məhsullarıaşağı qiymətə bazarda inhisarçı mövqeyə malik şəxslərə təhvil verirlər. Nəticədə həmin məhsullar inhisarçılartərəfindən daha yüksək qiymətə alıcılara təklif edilir. Bundan əlavə bazarlarda saxlama kameralarının, anbarların sayının az olması kənd təsərrüfatı istehsalçılarının özlərinin bazara məhsul gətirmək imkanlarını məhdudlaşdırır. İstehsalçılar məhsullarınıtopdansatış qiymətinə inhisarçılara verməyə məcbur olurlar.
Bunun bazarda qiymət artımlarına gətirib çıxardığınıdeyən iqtisadçılara görə, hazırdaAzərbaycanda bir sıra kənd təsərrüfatı məhsullarının qiymətləri olduqca yüksək hesab oluna bilər. Elə kənd təsərrüfatı məhsulları var ki, onların qiymətləri hətta Amerika Birləşmiş Ştatları ilə müqayisədə bahadır. Xüsusilə, giləmeyvələrin qiyməti Amerika ilə müqayisədə 2 dəfə bahadır.
Ekspertlər təkcə yerli istehsal məhsullarının deyil, idxal məhsullarının da qiymətinin yüksək olduğunu vurğulayırlar. Məsələn, regionda banan ən baha Azərbaycanda satılır. Xatırladaqki, ölkə prezidenti dəfələrlə inhisarçılığa qarşı mübarizəninaparılması istiqamətində göstəriş versə də, hökumət qurumları bu yöndə ortaya real iş qoya bilməyiblər. Bunun nəticəsidirki, inhisarçılıq Bakı bazarlarında qiymətləri hələ də diktə edən əsas faktordur.
İnhisarçılıq aradan qaldırıldığıtəqdirdə istehlak bazarlarındanələrin dəyişəcəyinə gəlincə, mütəxəssislər bildirir ki, kənd təsərrüfatı məhsullarının qiymətləri tez bir zamanda aşağı düşər. Hesab olunur ki, idxal ölkələrindəki qiymətlərinmüqayisəsini və Azərbaycanda tətbiq edilən idxal rüsumlarınınəzərə alsaq inhisarçılığın aradan qaldırılması ölkədə kənd təsərrüfatı məhsullarının qiymətlərinin 2 dəfə aşağı düşməsinə səbəb olar. İnhisarçılığın aradan qaldırılmasıyalnız qiymət azalmalarının baş verməsinə deyil, bazardaidxal məhsullarının qıtlığınınaradan qalxmasına gətirib çıxaracaq.
İqtisadçıların sözlərinə görə, inhisarçılıq aradan qalxarsa əhalinin kənd təsərrüfatıvə ərzaq məhsullarıilətəminatı da yaxşılaşarvəonlara vəsaitlərində qənaət etmək imkanı yaranar.
Səməd CƏFƏROV