Aydın Mirzəzadə: "Azərbaycan indiyə qədər qonşularının narazılıqlarına şərait yaradan və beynəlxalq hüquq pozuntusuna səbəb olan addımlar atmayıb"
Məlumat verildiyi kimi iki gün öncə ABŞ Dövlət Departamenti 2011-ci ildə dünyada terrorçuluğa qarşı mübarizəyə dair hesabatı açıqlayıb. Hesabatda dünya dövlətlərinin terrorçuluq və narkotik qaçaqmalçılığı ilə bağlı gördüyü işlər, atdığı addımlar şərh olunub. Təbii ki, bu hesabatda Azərbaycana da yer verilib. Sənəddə bildirilir ki, Azərbaycan terror təşkilatlarına qarşı aktiv mübarizə aparıb, quru və dəniz sərhədlərinin mühafizəsinin təmin olunması üçün tədbirlər görüb.
Azərbaycanla bağlı bənddə deyilir: "Azərbaycan hökuməti potensial bioterrorizm təhlükəsinin qarşısını almaq məqsədilə tədqiqatlar aparmağa imkan verən mərkəzi laboratoriyanın modernləşdirilməsini başa çatdırıb. Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması proqramı əsasında hökumət Xəzər sahili boyunca yeddi radiolokasiya stansiyasının quraşdırılmasını öz üzərinə öhdəlik olaraq götürüb. Bustansiyalar hərbi-dəniz donanması, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən dəniz kəşfiyyatının aparılması və qaçaqmal təhlükəsinin aşkarlanması məqsədilə istifadə olunacaq. Bundan başqa Dövlət Sərhəd Xidməti Gəncə aeroportunun təmiri zamanı yeni portal monitorlar quraşdırıb".
Nəzərə alsaq ki, Xəzərin statusu hələ dəqiqləşdirilməyib və burada Rusiya, İran və Türkmənistanın mənafeləri Azərbaycanla toqquşur, ozaman rəsmi Bakının mühafizə məsələsində atdığı addımlar şübhəsiz ki, birmənalı qarşılanmayacaq.
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur
Sümərinli məsələni belə şərh
eidr:
"Xatırladım
ki, 2005 -
2006-cı illərdə ABŞ-laAzərbaycan arasında imzalanmış iş
planına əsasən,
Amerika Azərbaycanın Xəzər sahilllərində radar stansiyalarının quraşdırılmasına dəstək verib. Budövrdə
Astarada və Xızıda belə
stansiyanın quraşdırılması Rusiya və
İran tərəfindən münasibətlərdə gərginliyə gətirib çıxarıb. Lakin bu
dövr arxada qalıb.
Ümumilikdə isə, Amerikanın dəstəyinin əsas hədəfləri bəlli idi: terrorizmə qarşı mübarizə, qanunsuz daşınmaların qarşısını almaq".
Xəzərdə kütləvi qırğın silahlarının qanunsuz daşınması ilə bağlı məsələyə gəlincə cənab Sümərinli güman edir ki, bubaxımdan Azərbaycanın təhlükəsizliyi təmin olunacaq: "Belə bir informasiyalar var idi ki, Xəzər dənizi vasitəsiylə Rusiya və İran arasında nüvə silahlarına aid qanunsuz daşınması halları mövcuddur. Bubaxımdan bu həm Azərbaycanın, həm də Qərbin marağında idi ki, Xəzərdə qanunsuz daşınmaların qarşısı alınsın. Azərbaycana dəstək verildi və stansiya quraşdırıldı. Eyni zamanda Azərbaycan üzərinə öhdəlik götürdü ki, radar stansiyaları Xəzər dənizi boyunca quraşdırılmağa davam edəcək.
Hələ 3 ilbundan əvvəl informasiya var idi ki, buprosesə başlanılıb. İndi olan məlumata görə, radar stansiyalarının əksəriyyəti artıq quraşdırılıb. Azərbaycan artıq Xəzərdə olan proseslərə tam olaraq nəzarət edir. Radar stansiyalarının köməyi ilə Azərbaycanın Xəzərdə təhlükəsizliyi kifayət qədər gücləndirilib. Hesab edirəm ki prosesin davamı lazımdır. Buproses həm Azərbaycanın milli təklükəsizlik maraqlarını və regionda sabitlik görmək istəyən Qərbin - Amerikanın, Avropanın maraqlarına uyğundur. Çünki bu proses qərb üçün lazım olan enerji infrastrukturunun mühafizəsini də özündə birləşdirir" .
"Amerika bu stansiyalara nəzarət edə bilərmi?" sualına cavabında mərkəz rəhbəri bildirdi: "Əvvəllər informasiyalar gedirdi ki, bu staniyaları Amerika tikib. Amma Amerika sadəcə, dəstək verib. Azərbaycanın hərbi dəniz qüvvələri eyni zamanda dövlət sərhəd xidmətinin sahil mühafizəsi bu sistemlərdən istifadə edərək döyüş imkanlarını artırıblar. Stansiyaların qarşısında duran əsas məqsəd qanunsuz daşınmalar, terrorizmlə mübarizə vəsairdir. Nəzərə almalıyıq ki, Azərbaycan beynəlxalq müqavilə üzrə Qərbdəki tərəfdaşları ilə informasiyaların bölüşdürülməsi öhdəliyini götürüb. Bu, normal prosesdir və Azərbaycan milli təhlükəsizlik maraqlarına uyğundur. Adicə təhlükəli proseslər gedəcəyi halda Azərbaycan radar stansiyalardan əldə etdiyi informasiyaları Qərbdə olan tərəfdaşları ilə bölüşdürə bilər. Oda aydındır ki, məsələnin bucür qoyuluşu belə bir proses baş verəcəyi halda bu, İran-Azərbaycan münasibətlərində yeni ziddiyyətlərə gətirib çıxara bilər. Buziddiyyətlər həmişə olub".
Politoloq Oqtay Sadıqzadə hesab
edir ki, bunöv
müdafiə tədbirləri Xəzər dənizində geosiyasi və
beynəlxalq gərginliyin artması kimi izah
edilməlidir: "Ümumiyyətlə, bu addımları Qafqaz regionunda həm
İran, həm
də Qəbələ RLS-nin amilləri ilə
bağlayıram. Regionun
digər dövlətlərinin rəsmi Bakının
bu niyyətinə münasibəti məsələsinə qaldıqda, biz müstəqil dövlətik. Ancaq biz
onu nəzərə almalıyıq ki, İran amili gündən-günə artır. Beynəlxalq gərginliyin pik
nöqtəsindədir. Suriya
məsələsində də Şərqin əsas
hədəfi İrandır.
Digər tərəfdən bilirsiz ki, Türkmənistanla Xəzər dənizində
mübahisəli yataqlarımız var. Bütün bunlar bizim
sərhəddə təhlükəsizliyi yaxşılaşdırmağımız üçün əsas
verir"
.
Politoloqun təbirincə, yeni RLS-lərin tikintisi Azərbaycanın Qarabağla bağlı daha əmin mövqedən çıxış etməsinə şərait yaradacaq: "Azərbaycanın müdafiə doktrinası mövcuddur, onun müvafiq bəndlərinə uyğun olaraq Azərbaycanın müasir RLS malik olması vaxtı çoxdan gəlib çatıb. Belə yeni komponentin Azərbaycan milli ordusunun sərəncamına verilməsi birmənalı şəkildə Azərbaycanın Qarabağ istiqamətindəki daha əminliklə bir mövqedən çıxış etməsinə şərait yaradacaq. Rəsmi dairələrə ciddi mesaj rolunu oynayacaq. Qarabağ probleminin Azərbaycan dövlətinin bütövlüyü çərçivəsində həlli istiqamətində bir komponent kimi öz tövfəsini verəcək" .
Milli Məclisin Təhlükəsizlik və Müdafiə
komitəsinin sədr müavini Aydın
Mirzəzadə isə ABŞ Dövlət
Departamentinin belə bir açıqlama
yaymağından xəbərsiz olduğunu bildirdi: "Azərbaycanın terrorizmə qarşı mübarizəsini təkcə ABŞ
deyil, başqa
dövlətlər də müsbət qarşılayır. Çünki Azərbaycan özü
terrora məruz qalan ölkədir. Onun ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Dəfələrlə Ermənistan xüsusi xidmət
orqanları tərəfindən Azərbaycan ərazisində terror aktları
törədilib. Bubaxımdan Azərbaycan terrorun nə
olduğunu bilir.
Digər tərəfdən də insan
həyatını qorumaq üçün müxtəlif
vasitələrdən istifadə edilir. Ölkə sərhədlərinin möhkəmləndirilməsi, daxili təhlükəsizlik sisteminin maksimum qurulması da
bu qəbildəndir. Qaldı dediyiniz məsələyə! Mən bu
məlumatı sizdən eşidirəm. Əgər Azərbaycan bunu
öz öhdəsinə götürübsə, yerinə yetirəcək, yəni insan həyatının
qorunması üçün Azərbaycan maksimum səylər
göstərir və göstərəcək".
Qurulacaq yeddi radiolakasiya stansiyasının qonşu ölkələrlə münasibətlərə hansı təsir göstərməyi ilə bağlı məsələyə gəlincə, müsahibimiz hesab edir ki, rəsmi Bakı hər bir addımını əvvəlcədən ölçüb-biçdiyi üçün heç bir problem olmayacaq: "Azərbaycan indiyə qədər qonşularının narazılıqlarına şərait yaradan və beynəlxalq hüquq pozuntusuna səbəb olan addımlar atmayıb".