Səbail rayonunda yeniyetmələrin yay istirahətinin səmərəli və yaddaqalan təşkili istiqamətində keçirilən növbəti tədbirin təntənli bağlanış mərasimi keçirilmişdir.
Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan və əsas etibarı ilə aztəminatlı ailələrin yaşadığı Bayıl və 20-ci sahə ərazisində, Badamdar və Bibiheybət qəsəbələrində yaşayan və bu ərazidəki orta məktəblərdə təhsil alan şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində tərbiyə alan ümumilikdə, 250 nəfər uşaq üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayullu, ödənişçiz "Şahinlər" yay istirahət düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət başa çatmış və bu düşərgə uşaqların xatirində silinməz izlər buraxmışdır.
Təşkilatçılar tərəfindən xoş istirahət üçün
hər cür şərait yaradılan düşərgədə şagirdləri gələcəkdə hərbi
xidmətə layiqincə hazırlamaq məqsədi ilə burada hərbi-səhra çadırı
qurulmuş, səhra mətbəxi yerləşdirilmiş, həyətdə Azərbaycan Xalqının
Ümummilli lideri Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş
Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə, olkədəki ordu quruculuğuna, Milli Qəhrəman Mübariz
İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, artıq 7–ci dəfə təşkil
olunan "Şahinlər" düşərgənin tarixinə həsr olunmuş stendlər
asılmışdır. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun
tərzdə keçirilməsi uşaqların istirahətini daha da
maraqlı və yaddaqalan etmişdir.
Uşaqların Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunmuş, məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçmiş, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olunmuş, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılmışlar.
Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərsləri müxtəlif mövzularında məşğələlər, müxtəlif maraqlı görüşlər keçirilmiş, müxtəlif filmlər nümayiş etdirilmişdir. Qarabağ savaşında təsrübəli kəşfiyyatçı kimi iştirak edərək bir sıra qəhrəmanlıqlar göstərmiş İbad Hüseynov və hərbi jurnalist Şəmistan Əlizamanlı ilə keçirilən görüş xüsusilə yaddaqalan olmuşdur.
Düşərgənin bağlanışı ilə
əlqadar təşkil olunmuş tədbirdə iştirak edən Səbail rayon İcra
Hakimiyyəti Başçısı Asif Əsgərov, Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili Ombudsman Elmira Süleymanova, DİN
Daxili Qoşunların Qərərgah rəisinin Birinci müavini, general-mayor
Şahin Məmmədov, "Çağ" Öyrətim Şirkətinin Prezidenti Ənvər
Özərən uşaqların istirahəti, burada onlar üçün yaradılmış
şəraitlə yaxından tanış olmuş, idman yarışlarında qalib gəlmiş bir
qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində
fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr
təqdim etmişlər.
Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdirmişlər. Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin çıxışı xüsusi maraqla qarşılanmışdır.
Respublikamızın tanınmış incəsənət xadimləri və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən bayram konsertində düşərgədə istirahət edən uşaqlar da öz məharətlərini göstərmişlər.
Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların validenyləri bu istirahətin təşkilində əmək sərf etmiş təşkilatçılara öz minnətdarlıqlarını bildirmişlər.