Elmar Qasımov rektor təyin olundu
Bundan sonra o, Bakı Ali Neft Məktəbinin rektoru vəzifəsini icra edəcək
Təhsil nazirinin sabiq müavini Elmar Qasımova yeni vəzifə verilib. Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli
sərəncamı ilə Elmar Eldar oğlu Qasımov Bakı Ali Neft Məktəbinin
rektoru təyin olunub.
Qeyd edək ki, Elmar Qasımov ötən il sentyabrın 14-də ölkə başçısının müvafiq sərəncamı ilə təhsil nazirinin müavini postundan azad edilmişdi.
Daha sonra o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) yeni vəzifəyə təyin olunmuşdu. E.Qasımov ARDNŞ-nin vitse-prezidentinin müavini postuna təyinat almışdı. Bu postda E.Qasımov ARDN-nin Təhsil Proqramı üzrə xaricdə təhsil məsələlərini kurasiya edirdi.
Sabiq nazir müavini bundan sonra Bakı Ali Neft Məktəbinin rektoru vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, E.Qasımov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvüdür. AFFA-ya isə ARDNŞ prezidenti Rövnəq Abdullayev rəhbərlik edir.
Bakı Ali Neft Məktəbi Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda yaradılıb. Bu ali məktəbin yaradılmasında məqsəd beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə ehtiyacını ödəməkdir.
Ali məktəbin fəaliyyətini ən yüksək standartlara uyğun təşkil etmək üçün inkişaf etmiş ölkələrin aparıcı elm və təhsil mərkəzləri ilə sıx əlaqələr yaradılması nəzərdə tutulub. Tədris prosesinin Azərbaycan və ingilis dillərində təşkil ediləcəyi ali məktəbdə ilk tələbələr 2012-ci ilin sentyabr ayında təhsil almağa başlayacaqlar.