Azərbaycanlı hakerlər Ermənistan prezidentinin saytını dağıtdılar
Azərbaycanlı hakerlər növbəti dəfə erməni saytlarına hücum ediblər.
Hakerlərimizin bu dəfəki hədəfi Ermənistan prezidenti Serj
Sarkisyan olub. Hakerlərimiz prezidentin rəsmi
saytı olan www.president.am saytına hücum ediblər.
"Azerbaijan Defacers" haker qrupu bundan başqa armenpress.am və armtoday.info saytlarına da hücum edib, saytları dağıdıblar.
Qeyd edək ki,bu dəqiqələrdə də president.am saytına daxil olmaq mümkün deyil.