Qafqaz Universitetinin 20 tələbəsi Prezident Təqaüdünə layiq görüldü
Movqe.Az
xəbər verir ki,
Qafqaz Universiteti qurulduğu 1993-cü
ildən bu günə kimi qarşısına məqsəd qoyaraq ən yüksək səviyyəli
təhsil vermək və dünya universitetləri ilə rəqabət aparmaq, Ulu
öndər Heydər Əliyevin qoymuş olduğu təhsil siyasətini qürurla
həyata keçirməkdir. Elə bunun bariz nümunəsi kimi bir neçə ilə
nəzər salsaq ilbəil yüksək bal toplayanlar Qafqaz Universitetini
seçməkdədirlər. 2010-2011 tədris ilində 102 prezident təqaüdünə
layiq görülən tələbələrin 25- i Qafqaz Universitetinin tələbəsidir.
2010-2011 ci tədris ilində 7 tələbə 700 bal toplamış onlarında 4-ü
Qafqaz Universitetini seçmiş. 2011-2012 tədris ilində yenə 102
tələbə Prezident təqaüdünə layiq görülüb onlarında 25 –i Qafqaz
Universitetinin tələbəsidirlər. 2011-2012 ci tədris ilində 700 bal
toplayan 4 tələbənin 4-də Qafqaz Universitetinin tələbəsidir . Bu
il də 2012-2013-cü tədris ilində 5 abituriyent 700 bal toplayıb
onların da 2-i Qafqaz Universitetini seçib. 2012-2013-ü tədris
ilində Qafqaz Universitetinə 670 tələbə qəbul olmuşdur . Onların 52
nəfəri 650 baldan yuxarı, 152 nəfəri 600-dən yuxarı bal
toplamışlar. 2012-2013-cü tədris ilində Azərbaycan Respublikasının
ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün
verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam
imzalamışdır. Sərəncamda deyilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının
ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi
haqqında" 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına
əsasən 2012-2013-cü tədris ilində tələbə qəbulu imtahanlarında
ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan
Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident
təqaüdü verilirki . O, tələbələrin də 20 -i Qafqaz universitetini
tələbələridir.