Əlaqə Arxiv
news Image
2012.10.22
18:33
| A A A
“Özünədəstək” layihəsi uğurla reallaşır
Babək Hüseynov: «Növbəti aylarda gəlirlərin yüksələcəyini gözləyirik»

Bilindiyi kimi əhalinin aztəminatlı təbəqəsinin vəziyyətini yaxşılaşdırmaq üçün dövlət tərəfindən müxtəlif layihələr işlənib hazırlanır. Bunlardan biri olan aztəminatlı ailələr üçün "Özünədəstək"-ünvanlı sosial yardım layihəsinin tətbiqinə isə bir müddətdir başlanılmışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Siyasəti şöbəsinin müdir müavini Babək Hüseynov məsələ ilə əlaqədar Movqe.az saytına məlumat verdi: "Bilirsiniz ki, ünvanlı sosial yardım proqramı respublikamızda 2006-cı ildən tətbiq edilir. Bu passiv yardım növüdür. Yəni, orda verilən pullar aztəminatlılıq müəyyən olunduqdan sonra gəlirləri ehtiyac meyyarından aşağı olan ailə üzvlərinə, ailələrə verilir. Və orda pulun hərəkətinə biz baxmırıq. Yəni nəzəri cəhətdən istədikləri bir şeyə pul xərcləyə bilərlər. Son dövürlər dünyada müşahidə olunan sosial yardım proqramlarında aktiv proqramlara üstünlük verilməyə başlanılmışdır. Yəni, pulların şərtli əsaslarla verilməsi və pulların müəyyən bir fəaliyyətə yönəldilməsi. Buna görə də biz "özünədəstək" proqramını tətbiq etməyə başlamışıq. Digər bir adı "birdəfəlik ünvanlı sosial yardım" dır. Proqramın əsas məqsədi ailələrə şəxsi təsərrüfatlarının inkişaf etdirilməsinə yardım etməkdir. Bu məqsədlə onların ala biləcəyi sosial yardımın bir illik məbləği əvvəlcədən həmin ailələrə ödənilir.Ailələr fəaliyyət planı tərtib edirlər. İlk dəfə olaraq sosial müqvilə terminin biz tətbiq etmişik. Ailə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında sosial müqavilə imzalanır. Orda ailələrin və mərkəzin hüquqları, öhdəlikləri göstərilir. Bunu tətbiq etmək üçün 4 pilot rayon seçilmişdir. Bunlar İsmayıllı, Xaçmaz, Bakı şəhərinin Nizami rayonu və Masallı rayonlarıdır. Hər 4 rayonda 30 ailə seçilmişdir. Bu ailələr 90 ailə içərisindən könüllülük prinsipi əsasında seçilmişdir. Qaydalara əsasən 3 aydan bir manitorinq aparılır və onların gördükləri işin nə dərəcədə uğurla davam etdirilməsi araşdırılır. Seçilən 120 ailədə göstərici 92 % təşkil etmişdi. 92 % gördükləri işi uğurla davam elətdirirlər, gəlirlərində dəyişiklik var. Növbəti aylarda gəlirlərin yüksələcəyini gözləyirik. Bu templə davam etsələr 1 ilin tamamında onlar aztəminatlılıq səviyyəsindən çıxa bilirlər. Belə olduqda onların aylıq sosial yardım almasına ehtiyacı olmur. Əsas məqsəd də məhz elə bundan ibarətdir. Cəmi bir halda sui istifadə müşahidə edilmişdir. Yəni, ailə pulu başqa bir istiqamətdə xərcləmişdir. Maldarlıq təsərrüfatı ilə məşğul olan bir neçə ailədə müəyyən səbəblərdən heyvanların tələf olması halı müəyyən olunmuşdur. Qalan digər ailələr öz fəaliyyətlərinə uğurla davam edirlər. Artıq 8 sərhədyanı rayonda və Sumqayıt şəhərində 15 ailə olaraq seçilmişdir. O ailələrdə monitorinq hələ ki, aparılmayıb. Monitorinq apardıqdan sonra layihənin uğurla inkişaf edib-etməməsini müəyyənləşdirəcəyik."

Sizin Reklam Yeriniz