Əlaqə Arxiv
news Image
2012.11.16
10:45
| A A A
Dünyanın ən murdar hosteli - FOTO
Movqe.Az xəbər verir ki, Amsterdamda xidmət edən hostel turistlər tərəfindən "dünyanın ən murdar hosteli" elan edilsə də internet saytındakı güclü reklamı sayəsində müşdərilərdən dolub daşıyır. Sahibləri duş qəbul edənlərə pərdələrlə qurulanmalarını söyləyir.
Hollandiyanın paytaxtı Amsterdamda olan "Hans Brinker" qonaqları tərəfindən "dünyanın ən murdar hosteli" seçilib. Lakin rəhbərləri məkanlarının reklamını edərkən o qədər dürüst davranır ki, turistlər burada qala bilmək üçün növbəyə durur.
İnternet saytında yaydıqları elanlarında hosteli "Buradan daha pis bir yer tapa bilməzsiniz, amma biz əlimizdən gələni edəcəyik" şüarıyla elan verən hostel rəhbərliyi müştərilərini aldatmadıqları üçün məşhur olduqlarına inanırlar.
Ziyarətçilərin duş qəbul etdikdən sonra dəsmal yerinə pərdələrlə qurulandığı, 127 otaqlı hostelin internet saytındakı təqdimatında belə deyilir:
""Hans Brinker Budget" son 40 ildir müştərilərini qürurla məyus edir. Həbsxanadakı hüceyrələrlə yarışan rahatlığa sahib hostelimizdə zəmin qatda olan havasız bir bar mövcuddur. Burada qalanlar dəli olsa, yediyi yeməklərdən zəhərlənsə və radiasiyanın zərərli təsirinə məruz qalsa hostelimiz məsuliyyət daşımır."
Sizin Reklam Yeriniz