Əlaqə Arxiv
news Image
2012.11.23
11:59
| A A A
Uşaq ədəbiyyatı hələ də böhran vəziyyətindədir
Yusif Bəkirov: "Uşaq ədəbiyyatı peşəkarlıq, dəyərlərə uyğunluq baxımından filtrasiyadan keçirilməlidir"

Azərbaycanda uşaq hüquqlarının qorunması, eləcə də, onların milli vətənpərvərlik ruhunda böyüdülməsi dövlətin qarşısında duran vacib məsələlərdən biridir. Aydındır ki, milli vətənpərvərlik ruhunun uşaqlarda aşılanması üçün ən müxtəlif istiqamətlərdə işlər görülməlidir. 

Bu fonda telekanallarda uşaqlar üçün göstərilən verilişlərdə milli dəyərlərin təbliğ olunması, orta məktəblərdə tədris olunan fənlərdə, uşaqlar üçün nəşr olunan kitab, jurnal və qəzetlərdə, uşaq saytlarında, bağçalarda balaca fidanlarda milli ruhu, azərbaycançılığı formalaşdırmaq üçün müxtəlif dövlət siyasəti həyata keçirilir. 

Lakin onu da etiraf edək ki, bu sahədə müəyyən problemlər də mövcuddur. Məsələn, danılmaz həqiqətdir ki, ölkədə uşaqların tələbatını ödəyəcək institutlar, müəssisələr, yaradıcı kollektivlərin real fəaliyyəti tam qənaətbəxş sayıla bilməz. Bu, həm də sözügedən sahədə ənənənin, təcrübənin tələb olunan səviyyədə davam etdirilməməsi, iqtisadi maraqların uzlaşmaması ilə birbaşa bağlıdır. Həmçinin, qloballaşan dünyada, təhsil üzrə dünyaca tanınmış istehsalat müəssisələrinin, yaradıcı qurumların dominat mövqedə olması və onların məhsullarının qısa zaman ərzində məşhurlaşması lokal, milli səviyyədə fəaliyyət göstərən müəssisələri rəqabətdən kənarda qoyur.

Azərbaycanda uşaq ədəbiyyatı, uşaq folkloru, dərsliklərinin zəif inkişafı da məhz bu sahədə təlabatın aşağı olması, həmçinin təşəbbüs qıtlığının mövcudluğundan irəli gəlir. Bundan başqa ayrı-ayrı təşkilatların nəşr etdirdiyi kitablar tərcümə olunmuş əsərlərdən ibarətdir. Xüsusilə də, Rusiyada uşaqlar üçün nəşr edilən kitablar tərcümə olunaraq Azərbaycanda milli uşaq kitabları adı altında satılır və ya paylanılır. Həmçinin Azərbaycanda uşaq ensiklopediyası, uşaq kitabxanası o qədər də zəngin deyil. Bunun da özəl səbəbləri mövcuddur. 70 il sovet imperiyasının tərkibində yaşamışıq. Nəşr olunan bütün kitablar, hətta uşaq ədəbiyyatı Kremlin razılığı ilə ərsəyə gəlirdi. 

Uşaq Hüquqları Müdafiə Komitəsinin rəhbəri Yusif Bəkirovun sözlərinə görə, Azərbaycanda uşaq kitablarının kasıb, az olmasına Təhsil Nazirliyi xüsusi diqqət yetirməlidir: "Təhsil Nazirliyinin nəzdində müvafiq komissiya fəaliyyət göstərmir. Onlar milli uşaq ədəbiyyatını yaratmalıdılar. Bizdə bu proses çox zəif gedir. Daha çox tərcümə olunmuş uşaq kitabları satılır ki, orada da milli dəyərlərdən söhbət gedə bilməz. Həmçinin bu gün ümumbəşər dəyərləri anlayışı var. Burada söhbət uşaq hüquqlarının müdafiəsindən, zorakılığın, müharibənin pislənməsindən, açıq-saçıq səhnələrə yox deyilməsindən gedir. Amerikada nəşr olunan uşaq ədəbiyyatını dünyanın istənilən nöqtəsində olan məktəbdə tədris etmək mümkün olmalıdır. Dəyərlər qloballaşdıqca mədəni sərhədlər aradan qaldırılmalıdır". 

Ekspert onu da bildirdi ki, mövcud uşaq ədəbiyyatlarında müəyyən problemlər mövcuddur: "Uşaqlar üçün sinifdənxaric oxu kitablarına nəzər salmışam. Bəzən görürsən ki, tanınmamış şəxslərin səviyyəsiz şeirləri ora salınıb. Əsərlər səviyyəsiz olur. Uşaq ədəbiyyatı peşəkarlıq, dəyərlərə uyğunluq baxımından fil-  trasiyadan keçirilməlidir. Qeyd etdiyim kimi ən ciddi problem oğurluq, plagiat kitabların meydana çıxmasıdır. Düşünürəm ki, liseylərin, təmayüllü orta məktəblərin, özəl bağçaların sayı artıqca, inkişafları gücləndikdə hər bir təhsil ocağı uşaqlar üçün kitablar nəşr etməyə qərar verəcəklər".

Sizin Reklam Yeriniz