Əlaqə Arxiv
news Image
2012.12.05
14:34
| A A A
Kişinyovda qətnamə qəbul olunub
Movqe.Az xəbər verir ki, noyabrın 30-u və dekabrın 1-də Moldovanın Kişinyov şəhərində Avropa Şurasının dəstəyi və Beynəlxalq Liberal Gənclər Federasiyasının (IFLRY) təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanda insan hüquqları və qanunun aliliyi ilə bağlı qətnamə qəbul olunub. Qətnamədə Nigar Yaqublu və Zaur Qurbanlının həbs faktlarına toxunulub və bunun Azərbaycanda insan hüquqları və demokratiyanın inkişafı naminə görülən işlərin əksinə olaraq, Avropa Şurası üzvü olan Azərbaycanda hökumət təzyiqlərinin getdikcə artmasından duyulan narahatlıq vurğulanıb. Tədbirdə iştirak edən Cənubi Qafqaz Gənc Liberallar Şəbəkəsinin (LYNC) təşkilat komitə rəhbəri Asif Oruclu IFLRY-nin prezidenti Tomas Leys, Almaniyanın Fridrix Naumann Fondunun Cənub-Şərqi Avropa üzrə rəhbəri, Beynəlxalq Liberal Qadınlar Şəbəkəsinin (INLW) prezidenti Marqaret de Vos, Hollandiyanın D66 və VVD partiyalarının və bir neçə beynəlxalq liberal təşkilatların nümayəndələri ilə görüş zamanı onlara Nigar Yaqublunun həbs faktı barədə məlumat verib. Tədbir zamanı dünyanın bir çox ölkəsindən gəlmiş nümayəndələr Nigar Yaqubluya yazdıqları dəstək məktublarını təqdim ediblər. Onlar Azərbaycanda növbəti aylarda insan hüquqları və demokratiya ilə bağlı keçiriləcək kampaniyaya dəstək verəcəklərini və Cənubi Qafqaz Gənc Liberallar Şəbəkəsi (LYNC) ilə əməkdaşlıqda hər zaman maraqlı olduqlarını bildiriblər.
Sizin Reklam Yeriniz