Əlaqə Arxiv
news Image
2012.12.12
16:45
| A A A
Siyasətin generalı
Dövlət, ona başçılıq edən rəhbərə çox oxşayır.

O, "sistem" adamı idi. Dövlət Təhlükəsizlik Komitəsini belə adlandırırdılar. Sovetlər Birliyinin mühüm kəşfiyyat və idarəçilk strukturunun rəhbərlərindən birinə çevrilməklə, Heydər Əliyev sübut etdi ki, öz sistemi olan bir adamdır.

"İki dövrün qəhrəmanı olmaq mümkün deyil" - bu sözləri 90-cı illərdə onun əleydarları parlamentdə söyləyərək kommunist keçmişli bir Rəhbərin müstəqil dövlətə başçılıq edə bilməsinin qeyri-mümkünlüyü iddiasını irəli sürürdülər. Lakin Heydər Əliyev iki fərqli ideologiyaya malik formasiyanın lideri və qəhrəmanı ola bildi. Çünki millətə xidmət, heç bir quruluş fərqindən, idarəetmə formasından asılı deyildir.

O, Bismark kimi parçalanmış əyalətləri birləşdirdi. İndi keçmişə dönüb 1993-cü ildə yarımçıq qalan ssenarilərin sonunu görmək mümkün deyil. Çünki tarix, şərt şəkilçisini sevmir.

14-cü Lüdovük deyirdi ki, dövlət mən özüməm. Bu, avtoritar yüklü bir şüardır. Amma Azərbaycanın müstəqillik illərində bu sözü qətiyyətlə söyləyən bir siyasət adamına ehtiyacımız vardı. Daşıdığı dəmir keyfiyyətləri, intizam və hədəfə getmək bacarığını, duyum və sabahı görmək istedadını dövlətə daşımış olsun. Çünki dövlət, ona başçılıq edən rəhbərə çox oxşayır. Hər halda şərq xalqlarında belədir.

Onun böyülküyü mənsub olduğu xalqı balacalaşdırmırdı. Bəzən Azərbycanı xəritədə tapmayan və tanımayanlara, sovet illərində bu millətə mənsubluğuna görə utananlara və utandırılanlara cavab olaraq, O, bu millətin övladı olduğu üçün fəxr edirdi. Heydər Əliyev sübut etdi ki, ölkənin ərazisi coğrafi sərhədlərlə bitmir. Tarixi şəxsiyyətlər onun miqyasını böyüdür.

O, qalibiyyətin simvolu idi. Həyatı boyu çoxlu qələbələr qazanmışdı və bunları fərdi hesabına deyil, millətin adına yazmışdı. Onu xidmət etdiyi Sovet Hökumətindən uzaqlaşdıranlar da, siyasi rəqibləri də uduzdular. Təkcə Qarabağ savaşını sona çatdırmağa imkan vermədilər. O, bu məsələni həyatının mənası sayırdı. Lakin Azərbaycanın torpaq bütünlüyünə qovuşdurmaqla onun əfsanəyə çevrilməsinə razı ola bilməzdilər.

"Gölgələr günorta yox olur" deyirlər. Ancaq siyasi pyedestalın ən yüksək zirvəsində çatanda da, kəndinə dönəndə də Onu qarabaqara izləyən kölgələr geri çəkilmədilər. Dahilər doğulanda kütbeyinlərə də məşğuliyyət yaranır. Bu da onların mövcudluq formasıdır. Düşmənləri nə qədər çox olsa da, Heydər Əliyevə münasibət tarixidir və subyektlərin qərarından asılı deyil. İlham Əliyev "mən hakimiyyətə gəlməsəydim, bilirəm nələr yazılacaqdı" deyərkən də, qarşıdakı yüz ildə onlarla iqtidarların idarəçiliyində belə bu böyük İnsanın qazandığı yeri və daşıdığı adı milli varlığımızadan çıxara bilməyəcəklər. Haradasa heykəlləri qoyulacaq, başqa ünvanlarda onları götürəcəklər, bununla belə Ürəklərdəki heykəlləri daim qalacaq.

O, general idi. Hərbi-təhüləsizlik xarakteri daşıyan bu vəzifəni minlərlə insanın tutmasına baxmayaraq, o libası geyinənlərin heç birinə Heydər Əliyev kimi yaraşmırdı. Çünki O, siyasətin generalı idi.

Heydər Əliyevin üzərində bir Allah sevgisi vardı. Ateizm dövründə belə Onu bir qüvvə həmişə hifz edirdi, böyük amallarına, qurub-yaratmaq eşqinə dayaq verirdi. Təkcə uçuşlarda min saatlarla olmuş bir insanı, sui-qəsdlərdən və qəzalardan insan əli ilə mühafizə etmək mümkün deyil. Bu gün də Göylərdədir. Bütün varlığı ilə sevdiyi Azərbaycanın Göylərində. Ruhun şad olsun,Ulu Öndər!

Sizin Reklam Yeriniz