Əlaqə Arxiv
news Image
2012.04.22
14:24
| A A A
Ərdoğandan terror təşkilatına şərt
"PKK terror təşkilatı silahı yerə qoysa, bütün əməliyyatlar dayandırılacaq"

PKK terror təşkilatı silahı yerə qoysa, bütün əməliyyatlar dayandırılacaq. Bunu Qətərdə səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Jurnalistlərin suallarını cavablandıran Ərdoğan bəyan edib ki, PKK tərksilah olacağı təqdirdə, Türkiyə dövləti təşkilata qarşı keçirilən əməliyyatları tam dayandıracaq. Baş nazir jurnalistlərin Məsud Bərzani ilə görüşdə terror təşkilatının silahı yerə qoymasının təmin edilməsi məsələsinin müzakirə edildiyinə dair suallarına belə cavab verib: "Dünən bu baş vermədi. Amma bu bizim Şimali İraqla keçirdiyimiz görüşlərdə onsuz da gündəmdə olan bir mövzudur. Çünki separatçı terror təşkilatının silahı yerə qoyması zəruridir. Tərksilah baş tutacağı andan etibarən Türkiyə dövlətinin tutacağı mövqe aydındır: əməliyyatlar tam dayandırılacaq. Hələ ki, silahlar yerə qoyulmayıb, dövlətin əməliyyatları dayandırmasından söhbət gedə bilməz". 

Sizin Reklam Yeriniz