Əlaqə Arxiv
news Image
2012.12.26
16:20
| A A A
Yeni idarəçilər məktəbinin şəbəkə görüşü keçirilib
Movqe.Az xəbər verir ki, "Yeni İdarəçilər Məktəbi"nin Goranboy, Tovuz, Qazax, Mingəçevir və Gəncədən olan gəncləri ilə keçirilən və 4 ay davam edən təlimlər nəticəsində aktiv gənclər şəbəkəsi yaradılıb. Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin məlumatına görə, layihənin bağlanış mərasimində gənclərin təklifləri və rəyləri dinlənlib. İştirakçılar şəbəkənin genişləndirilməsi üçün çalışacaqlarını bildiriblər.
Mərasimdə 5 regiondan olan "Yeni İdarəçilər Məktəbi"nin 100 iştirakçısı qatılıb. İştirakçlar təlimlərdə iştirak etdiklərinə görə "Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi" tərəfindən sertifikatla təltif ediliblər.
Qeyd edək ki, "Yeni İdarəçilər Məktəbi" Azərbaycan Gənlər Fondunun dəstəyi ilə bu ilin avqustundan fəaliyyət göstərir. Layihə çərçivəsində hədəf ərazilər Gəncə, Mingəçevir, Tovuz, Qazax, Goranboydan olan 200 gəncə təlim keçirilib. Regionlarda gənclərə idarəçilik və liderlik mövzusunda təlimlər, interaktiv seminarlar, debatlar təşkil edilib. Layihənin məqsədi bu sahədə yeni bilik və bacarıqların artırılmasına nail olmaqdır.
Sizin Reklam Yeriniz