İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyev ölkəmizdə işgüzar səfərdə olan Yunanıstanın
Baş naziri Antonis Samarasla görüşüb.
Mövqe.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığının bundan sonra da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandığı görüşdə ikitərəfli münasibətlərin Azərbaycan Avropa İttifaqı əlaqələri baxımından önəmli olduğu bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Sonra danışıqlar işçi nahar zamanı davam etdirilib.