Əlaqə Arxiv
news Image
2012.07.18
11:49
| A A A
ABŞ-ın Gürcüstandakı səfirinin səlahiyyət müddəti bitib
ABŞ-ın Gürcüstandakı səfiri Con Bassın səlahiyyət müddəti sona çatıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ölkə ilə vidalaşan səfir özünün "Facebook" səhifəsində yazdığı məktubuna gürcü dilində "Mən Gürcüstanı sevirəm!" sözləri ilə başlayıb və həyat yoldaşı ilə birlikdə Gürcüstanı tərk etdiklərini söyləyib: "Holli ilə mən bu ölkəni tərk edirik. Lakin biz əlvida demirik. 
Gürcüstanda Amerika Birləşmiş Ştatlarını təmsil etmək şərəf və ləyaqətdir. Dostlarımıza və bütün Gürcüstan vətəndaşlarına sülh və öz gələcəklərini seçmək imkanı arzulayıram. İnanıram ki, gələcəkdə Gürcüstanı işıqlı günlər gözləyir".

Qeyd edək ki, C. Bass 2009-cu ildən ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsində çalışıb. Onun səlahiyyət müddəti bu ay başa çatıb.
 
Sizin Reklam Yeriniz