Prezident yeni dövlət qurumu yaratdı – Sərəncam
Prezidet İlham Əliyevin sərəncamı ilə
"Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.
Movqe.az xəbər verir ki,
sərəncamda bildirilir ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti
Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın
almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə
elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni
texnologiyaların tətbiqini, maddi-texniki bazanın
müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu
sahənin inkişafı ilə bağlı digər işləri yerinə
yetirir. Azərbaycan Respublikasının
ərazisində "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata
keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması
fəaliyyətinin "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o
cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün
zəruri olan və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin balansındakı
əmlak və digər avadanlıqların "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin
balansına verilməsi üçün tədbirlər görsün. Prezientin digər sərəncamı ilə "Bakıelektrikşəbəkə"nin rəhbəri
Balababa Hüseynağa oğlu Rzayev "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin
sədri təyin edilib.